XƏBƏRLƏR
MƏLUMAT
34 nömrəli uşaq musiqi məktəbində sinif konserti keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
13/05/2019 09:36

Mayın 10-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 34 nömrəli uşaq musiqi məktəbində fortepiano şöbəsinin müəllimi Şəhla Qnyazovanın sinif konserti keçirilib. Konsert Ümumilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunub.

Tədbir zamanı qeyd olunub ki, ulu öndər Heydər Əliyev dövlətçilikdə qeyri-adi müdriklik və uzaqgörənlik istedadına malik olan bir liderdir. Heydər Əliyevin dahiliyi onun bütün elmləri yüksək səviyyədə bilməsindən irəli gəlib. O, mədəniyyətə qayğı göstərməklə kifayətlənməyib. İstənilən musiqi əsəri, incəsənət xadiminin yaradıcılığı haqqında elə dəqiq fikirlər söyləyib təhlillər aparırdı ki, sənətşünaslar yalnız həsəd apara bilərdi. 

Ulu öndərimiz deyərdi: “ Musiqi ayrı-ayrı xalqların bir-birinə yaxınlaşmasında, onların həmrəy olmasında, bir-birinin mədəniyyətinə dəyər verən vasitədir. Mən şeirə də, musiqiyə də çox hissiyyatlı adamam. Musiqi məni həmişə həyəcanlandırır."

Konsertdə bir-birindən maraqlı musiqi nömrələri səslənib.

Baxış sayı: 21618