XƏBƏRLƏR
MƏLUMAT
34 nömrəli uşaq musiqi məktəbi “28 may Respublika günü” nə həsr olunmuş hesabat konserti keçirib
ÜMÜMİ XƏBƏRLƏR
27/05/2019 15:11

Mayın 24-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 34 nömrəli uşaq musiqi məktəbi“28 may Respublika günü” nə həsr olunmuş hesabat konserti keçirib.

Konsert Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında baş tutub. Konsertdə Mədəniyyət Nazirliyinin əməkdaşı Nicat Şərifov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov və əməkdaşları, Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov , İcra nümayəndəsi Malik Hüseynov, Bakı şəhərinin musiqi və incəsənət məktəblərinin direktorları və digər qonaqlar iştirak ediblər.

Konsert Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasından “Müqqəddimə“ ilə açıq elan edilib. I sinif şagirdi Riad Məmmədli (P.Çaykovski “Neapolitan mahnısı“), II sinif şagirdləri Darya Kazakova (Y.Çiçkov “Rəqs”), Elvin Rəhimov (F.Əmirov “Bulaq başında”), Mirhüseyn Vəliyev (M.Qlinka "İvan Susanin" operasından “Vals“), III sinif şagirdləri Eynulla Məmmədov (V.Mustafazadə “Mart“), Respublika və Beynəlxalq müsabiqələr laureatı Emil Rəhimov (M.Şmits “Mikki–mouse“), IV sinif şagirdləri Sofiya Kudryavtseva (J.Bize “Karmen” operasından “Antrakt“) , Respublika və Beynəlxalq müsabiqələr laureatı Zərintac Qurbanzadə (S.Ələsgərov “Vətənimdir“) , Respublika müsabiqələri laureatı Tunar Heydərov (A.Gəray “Bağçakürd“), V sinif şagirdləri Elşən Həsənov (E.Sabitoğlu “Bura Qafqazdır“), Rüstəm Rüstəmov (T.Quliyev “Qaytağı“) , Maarif Babayev (Niyazi “Xoreoqrafik vals“, müşayiət edirdi VII sinif şagirdi Aras Banuçiçək), VI sinif şagirdi Sevil Osmanova (Q.Yorren “Çattanuqa çu – çu “), VII sinif şagirdi Şükriyyə Həsənli (F.Şopen “Vals № 2”), fortepiano ansamblı – V sinif şagirdi Məleykə İbrahimli, VI sinif şagirdi Sevil Osmanova  (Y.Qavrilin “Vals“), violonçel ansamblı, saz ansamblı, nağara ansamblı və məktəbin xor kollektivinin çıxışları maraqla qarşılanıb.

Sonda məktəbin direktoru Vəfa Həziyeva konsertdə iştirak edən qonaqlara öz təşəkkürünü bildirib.

Baxış sayı: 5007