XƏBƏRLƏR
MƏLUMAT
3 nömrəli uşaq incəsənət məktəbində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş sərginin açılışı keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
10/05/2019 15:01

Mayın 10-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə 3 nömrəli uşaq incəsənət məktəbində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı  ildönümünə həsr olunmuş sərginin açılışı keçirilib.

Sərginin  açılışında  rəsm şöbəsinin müdiri  Şəhla Bəşirova  çıxış edərək qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev vətəni, milləti, dövləti sevməyin, ona təmənnasız xidmət etməyin canlı nümunəsi idi. Ulu Öndər bundan sonra  əsrlər keçsə də Azərbaycan xalqı üçün dahi xilaskar və əsl dövlət qurucusu kimi  yaddaşlardayaşayacaq.

Daha  sonra rəsm şöbəsi  şagirdlərinin Ulu Öndər, əfsanəvi şəxsiyyət Heydər Əliyevin  anadan olmasının 96-ci ildönümünə  həsr  etdikləri əl işlərinə baxış keçirilib.

 

 

Baxış sayı: 62894