XƏBƏRLƏR
MƏLUMAT
3 nömrəli Uşaq İncəsənət Məktəbində sinif konserti keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
07/05/2019 10:06

 Mayın  6-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 3 nömrəli Uşaq İncəsənət Məktəbində saz sinfi  üzrə müəllim Turan Məmmədovun "9 May Qələbə günü"nə həsr olunmuş sinif konserti keçirilib.

 İlk nömrə ilə "Gənc aşıqlar"  qrupu  çıxış  ediblər. Şagirdlərdən: R.Məmmədov (III sinif) "Şakir gözəlləməsi", A.Səfərli (III sinif) "Naxçıvani", Y.Yusubov  (IV sinif) "Azaflı dübeytisi" ilə çıxış edib.

Saz sinfi şagirdlərinin təqdim etdiyi konsert proqramı tamaşaçılar tərəfindən maraqla qarşılanıb. 

 Sonda müəllim T.Məmmədov ifa etdiyi "Ruhani" ilə konserti yekunlaşdırıb. 

 

 

Baxış sayı: 77051