XƏBƏRLƏR
MƏLUMAT
3 nömrəli uşaq incəsənət məktəbində Azərbaycan bəstəkarı Soltan Hacıbəyovun 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
13/05/2019 14:45

Mayın 13-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin3 nömrəli uşaq incəsənət məktəbində görkəmli Azərbaycan bəstəkarı, dirijor və musiqi xadimi, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, professor Soltan Hacıbəyovun 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.

Nəzəriyyə şöbəsinin müəllimi A.Axundova bəstəkarın həyat və yaradıcılığı haqqında məruzə ilə çıxış edib. Bildirib ki, Soltan Hacıbəyov xalq sənəti xəzinəsindən və dünya musiqi təcrübəsindən faydalanaraq müxtəlif janrlarda özünəməxsus üslubda epik vüsəti, dərin lirizmi və dolğun məzmunu ilə səciyyələnən qiymətli əsərlər yaradıb. Azərbaycan simfonik musiqisinin təşəkkülü və inkişafında onun mühüm xidmətləri var.

Məktəbin III sinif şagirdi Nərmin Hüseynzadə "Şamama", VI sinif şagirdi Solmaz Əliyeva "Gülşən"  baletindən "Gülşənin uşaqlarla rəqsi"  əsərlərini məharətlə ifa edib.

Baxış sayı: 60721