XƏBƏRLƏR
MƏLUMAT
3 nömrəli uşaq incəsənət məktəbi 28 May Respublika Gününə həsr olunmuş hesabat konserti keçirib
ÜMÜMİ XƏBƏRLƏR
27/05/2019 11:14

Mayın 24-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 3 nömrəli uşaq incəsənət məktəbi Azərbaycan Dövlət  Milli İncəsənət Muzeyində 28 May Respublika Gününə həsr olunmuş hesabat konserti keçirib.

Konsertdə Baş İdarənin rəisi Cəlil Məlikov və əməkdaşları, Suraxanı rayon  İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçi Nazim Fətullayev, musiqi məktəblərinin direktorları iştirak edib.

"Şəms" xalq çalğı alətləri ansamblı və "Şənlik"  rəqs  qrupunun ifasında F.Əmirovun "Gözün aydın"  musiqili komediyasından bir parça ilə konsert açıq elan edilib.

Konsert zamanı Azərbaycan və Qərb bəstəkarlarının əsərlərindən ibarət musiqi nömrələri, "Şənlik" və "Dilbərim" rəqs qruplarının ifasında rəqslər təqdim olunub.

Konsertdə fortepiano şöbəsi üzrə Beynəlxalq və Respublika müsabiqələrinin laureatları uğurla çıxış edib. Konsertin əsas konsepsiyasını millli və müasir ifaların təzadını təşkil edib.

Şagirdlər F.Şopenin "Ekspromt", T. Albinoninin Konsert  III, IV hissələr , N.Rakovun "Tarantella" , V.Mustafazadənin "Düşüncə", S.Raxmaninovun "Prelüd" , Şmitsin "Rektaym", T.Bakıxanovon "Sirto", C.Cahangirovun "Durnalar", S.Ələsgərovun "Şalaxo", V.Montinin "Çardaş", “Ruhani”, T.Smirnovanın "Braziliya karnavalı" kimi əsərləri məharətlə ifa ediblər.

Sonda məktəb xorunun  ifasında S.Rüstəmovun  "Ana Vətən", T.Quliyevin "Faytonçu", M.Umudovun "Cümhuriyyət" əsərləri səslənib.

28 May Respublika gününə həsr olunmuş  hesabat konserti  məktəbin direktoru E.Əhmədovanın təşəkkür çıxışı, tamaşaçıların böyük alqışları və xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb. 

Baxış sayı: 12723