XƏBƏRLƏR
MƏLUMAT
3 nömrəli uşaq incəsənət məktəbi “1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü”nə həsr olunmuş tədbir keçirib
ÜMÜMİ XƏBƏRLƏR
31/05/2019 08:34

Mayın 30-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 3 nömrəli uşaq incəsənət məktəbi Suraxanı rayonu "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunda “1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş tədbir keçirib.

Tədbirin açılışında İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Bərxudar Bərxudarov çıxış edərək, gələcəyimiz olan şagirdləri bu gözəl bayram münasibəti ilə təbrik edib, onlara firavan dünya, təhsillərində uğur arzulayıb. 

Konsertdə 3 nömrəli uşaq incəsənət məktəbinin "Şəms" xalq çalğı alətləri ansamblı və "Şənlik" rəqs qrupu öz maraqlı çıxışları ilə tamaşaçıların rəğbətini qazanıb.

Baxış sayı: 53709