XƏBƏRLƏR
MƏLUMAT
28 saylı uşaq musiqi məktəbində Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
13/05/2019 10:56

Mayın  10-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 28 saylı uşaq musiqi məktəbində  Azərbaycan Respublikasının ümummilli lideri, XX əsr dünya siyasətində xüsusi yeri olan müdrik insan və müdrik siyasətçi Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə tədbir keçirilib.

Tədbirdə Qaradağ rayon YAP-nın nümayəndəsi Rafayel Rza iştirak edib.

“Fortepiano” şöbəsinin müəllimi Sahilə  İsmayılova  Ulu öndər Heydər Əliyevin siyasi fəaliyyəti, Azərbaycan mədəniyyətinin davamlı inkişafında müstəsna  yer tutması, Azərbaycan mədəniyyətinin  və  incəsənətinin  bütün dünyada tanınmasında gördüyü işlər barədə məlumat verib.

Sonda “fortepiano” ixtisası  üzrə VI sinif şagirdi Aysel Əliyeva Q.Qarayevin "Eskiz" əsərini ifa edib.

Baxış sayı: 33327