XƏBƏRLƏR
MƏLUMAT
28 nömrəli uşaq musiqi məktəbi uşaq bağçalarında konsertlər verir
ÜMÜMİ XƏBƏRLƏR
23/05/2019 10:11

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin  28 nömrəli  uşaq musiqi məktəbinin şagirdləri Sahil qəsəbəsində yerləşən uşaq bağçalarında konsertlər verir.

Mayın 22-də musiqi məktəbinin şagirdləri Sahil qəsəbəsi "Aynur" uşaq bağçasında konsert proqramı  ilə  çıxış  ediblər. Konsert uşaqların böyük sevincinə səbəb olub.

Sonda uşaq bağçasının müdiri  Məhəbbət  Şükürzadə  Məktəbin müdiriyyətinə belə  bir  tədbir təşkil etdiklərinə  görə öz  minnətdarlığını  bildirib.

Baxış sayı: 15131