XƏBƏRLƏR
MƏLUMAT
28 nömrəli uşaq musiqi məktəbi “Açıq dərs” keçirib
ÜMÜMİ XƏBƏRLƏR
16/05/2019 10:16

Mayın 14-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 28 nömrəli uşaq musiqi məktəbi “Açıq dərs” keçirib.

Bakı  Şəhər  Mədəniyyət  Baş  İdarəsinin sektor müdiri Bətulə Məmmədəliyeva, musiqi məktəbinin müəllimləri Sevda Bayramlı (fortepiano), İlahə Mirzəyeva (fortepiano), nəzəriyyə ixtisasları üzrə təcrübə mübadiləsi və nümunəvi “Açıq dərs” keçirib.

“Açıq dərs” Astara şəhər musiqi məktəbində təşkil olunub.

Qeyd edək ki, 28 nömrəli uşaq musiqi məktəbi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 29 oktyabr 2010-cu il tarixli 528 №-li əmrinin icrası ilə əlaqədar 6 ildən artıqdır ki, Astara şəhər musiqi məktəbi ilə əməkdaşlıq edir. 

 

Baxış sayı: 4780