Mayın 24-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qaradağ rayonu Heydər Əliyev Mərkəzində Müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 101-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Bakı Dövlət Universitetinin professoru Anar İsgəndərov, Şura üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İlk öncə foyedə 7 nömrəli Bakı Uşaq və Gənclər İnkişaf Mərkəzinin şagirdləri şeir söyləyib, rəsm işlərini sərgiləyiblər. Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını tarixi keçmişimizin şanlı səhifələrindən biri kimi qiymətləndirib, gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə yaranaraq fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə həyata keçirdiyi işlərin Azərbaycan tarixinin parlaq səhifəsi olduğunu bildirib. Qeyd edib ki, 23 aylıq ömrü ərzində bir çox sahələrdə həyata keçirdiyi islahatlarla, demokratik dövlət quruculuğu, eləcə də digər sahələrdə atdığı əhəmiyyətli addımlarla qısa müddətdə xalqımızın tarixində silinməz iz buraxıb, milli dövlətçilik ənənələrinin bərpası işində vacib rol oynayıb. Azərbaycanın yenidən müstəqillik əldə etdikdən, 1991-93-cü illərdə mövcud olan xaos və anarxiya nəticəsində müstəqilliyimizi itirmək təhlükəsi ilə baş-başa qaldığı dövrdə Ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu sahəsindəki misilsiz xidmətləri sayəsində müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin taleyini yaşamadı və müstəqillik yolunda dönmədən, inamla irəliləyib. Bu gün bu siyasət Ulu öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir.
Azərbaycan Respublikasının, Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və keçdiyi yol haqqında Bakı Dövlət Universitetinin professoru Anar İsgəndərov geniş məlumat verib və bildirib ki, 1918-ci il mayın 28-də xalqımızın görkəmli oğullarının qurduğu Cümhuriyyət Azərbaycan tarixinin şərəfli səhifəsidir. Xalq Cümhuriyyəti qısa ömür sürərək 1920-ci ilin 28 aprelində süqut etsə də, tarixdə onun yeri, Azərbaycan xalqının istiqlal arzusu, 23 aylıq müstəqil dövlətçilik salnaməsi qalmışdı. Məhz buna görə də, həmin süqutdan 71 ildən sonra, 1991-ci ildə Azərbaycan SSR-nin oraq-çəkicli al bayrağını endirib müstəqil Azərbaycanın üçrəngli, ay-ulduzlu qumaşını yenidən ucaldanda biz Cümhuriyyətə, onun şanlı tarixinə və siyasi mirasına sahib çıxdıq. Natiq onu da qeyd edib ki, istiqlal hər bir millətin ən böyük və taleyüklü amalıdır. Amma gerçək istiqlal, sadəcə, bayraq qaldırılması, himn oxunması və bu faktın dünyaya bəyan edilməsi ilə məhdudlaşmır. Bu istiqlalı dövlətçilik təməli ilə möhkəmlətmək, həmin dövləti milli qeyrət və vətənpərvərlik yanğısı ilə qorumaq, nəhayət, dövlətçiliyi dönməz və əbədi etmək üçün səriştə, təcrübə, fəhm, uzaqgörən siyasət və iradə ardıcıllığı zəruridir. Yalnız bu keyfiyyətlərin daşıyıcısı olan liderə xalq şərtsiz arxalana, özünün taleyini ona həvalə edə bilər. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaradıb. Bütün mənalı həyatını öz xalqına bəxş edən Ulu Öndərin qurucusu olduğu müstəqil Azərbaycan getdikcə daha da inkişaf edəcək, qurucusunun adını əbədi yaşadacaq.
Sonda Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov tədbiri yekunlaşdıraraq 28 May-Respublika Gününün əhəmiyyətini qeyd edib və tədbir iştirakçılarını qarşıdan gələn “28 May- Respublika Günü” münasibəti ilə Rayon icra hakimiyyətinin rəhbərliyi adından təbrik edib.
- 12:19 Görkəmli ədibin 125 illiyi adını daşıdığı kitabxanada qeyd edilib
- 11:16 “Anev-2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib
- 10:31 “Şuşanın mədəniyyət dünyası” adlı videoçarx hazırlanıb
- 09:26 Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş
- 09:21 “Morgenland” Odlar Yurdu ilə görüşür” - Azərbaycan və Almaniya musiqiçilərinin birgə layihəsi təqdim olunub
- 09:19 Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir
- 17:20 Türkiyə və Azərbaycan birgə tarixi film çəkəcəklər
- 15:50 Azərbaycanlı kinoprodüser beynəlxalq kino forumunda münsiflər heyətinə daxil edilib
- 15:01 “Ulduz” filmi nümayiş olunub
- 14:37 Kitabxanada “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən layihə davam edir
- 14:36 Milli Kitabxana Teymur Elçinin 100 illik yubileyi münasibətilə sərgi hazırlayıb
- 14:22 Mstislav Rostropoviçlərin ev-muzeyində klassik musiqi konserti - “Bir ömrün simfoniyası”
- 11:44 Teatr Xadimləri İttifaqında Beynəlxalq Teatr Günü keçirilib
- 11:04 “Azərbaycan Teatrı” adlı elektron məlumat bazası yaradılıb
- 09:43 Bu gün Əməkdar rəssam Ağasaleh Nuriyevin anadan olmasının 84 ili tamam olur
- 09:28 UNESCO-nun iclasında ilk dəfə daimi nümayəndələr milli geyimdə iştirak ediblər
- 09:26 Mədəniyyət naziri Adil Kərimli İmişlidə vətəndaşları qəbul edəcək
- 16:21 “Əhməd haradadır” filmi nümayiş olunub
- 15:00 Beynəlxalq Teatr Günü ilə bağlı kitab sərgisi açılıb
- 12:13 “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub
- 11:44 “Biz xoşbəxt uşaqlarıq” adlı müxtəlif nominasiyalar üzrə çoxjanrlı beynəlxalq müsabiqə keçiriləcək
- 11:25 ICESCO Ümumdünya Teatr Günü münasibətilə müraciət yayıb
- 09:42 ARKA istehsala başlayıb
- 09:41 27 Mart – Beynəlxalq Teatr Günüdür
- 09:39 Milli Kitabxanada “Xalq yazıçısı İsmayıl Şıxlı” adlı kitab sərgisi açılıb
- 09:37 Bu gün Xalq artisti Mstislav Rostropoviçin anadan olmasının 97 ili tamam olur
- 09:33 Milli Kitabxanada “Məhəmməd Tağı Sidqi - 170” adlı kitab sərgisi açılıb
- 17:29 Şəhid və qazi övladları üçün Novruz şənliyi təşkil edilib
- 12:13 Azərbaycanda Novruz bayramıdır
- 16:03 “Ulduz” jurnalının bu il üçün ilk sayı çapdan çıxıb
- 15:44 “Balacalara Novruz töhfəsi” adlı tədbir keçirilib
- 15:37 33 nömrəli Uşaq Musiqi Məktəbində “Elimə bahar gəlir” adlı konsert keçirilib
- 15:07 Novruz bayramına həsr olunan məqalə və şeir kitabxanaya təqdim olunub
- 14:59 Yasamal rayon MKS-i “Elimizə yaz gəlir” adlı tədbir keçirib
- 14:55 Aşıq Rza Qobustanlı adına Mədəniyyət Evi bayram konserti təşkil edib
- 14:36 Milli Kitabxanada Novruz bayramı ilə bağlı elektron məlumat bazası yaradılıb
- 14:19 “İçərişəhər” Qoruq İdarəsində Novruz bayramı münasibətilə tədbir keçirilib
- 12:10 Azərbaycan poeziyası İspaniyada
- 09:43 Bu gün Torpaq çərşənbəsidir
- 09:28 Bakı Kitab Mərkəzi xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənliyi təşkil edib
- 09:12 Unudulmaz bəstəkar Şəfiqə Axundovanın 100 illik yubileyi qeyd olunub
- 09:09 Milli Kitabxanada “Tale şairi: Məmməd İsmayıl” adlı kitabın təqdimat mərasimi olub
- 17:14 Nizami rayon MKS-i tövsiyə icmalı keçirib
- 16:56 Kitabxanaya “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar şeirlər təqdim olunub
- 16:03 Aşıq Rza Qobustanlı adına Mədəniyyət Evi Novruz şənliyi təşkil edib
- 15:55 “Azərbaycanfilm” kinostudiyasının direktoru tatar kinosunun yubiley tədbirlərində iştirak edib
- 15:45 Özbəkistanda Novruz bayramına həsr olunmuş tədbir keçirilib
- 15:43 Teatr O2 məkanında “İki nəfər” tamaşasının premyerası olub
- 14:21 “Mystery Ensemble” musiqiçiləri “Miyadzakinin yuxusu” konsert proqramını təqdim ediblər
- 11:07 Kitabxana yeni videoməlumat hazırlayıb
- 10:54 R. Behbudov adına 2 nömrəli Onbirillik Musiqi Məktəbi “Bahar müjdəsi” adlı konsert keçirib
- 10:14 “Novruz - xalqımızın milli birlik bayramıdır” adlı tədbir keçirilib
- 09:37 Bakıda “Qardaşlıq dastan”ı adlı konsert keçiriləcək
- 09:31 Parisdə “Natəvan” məktəbində Novruz bayramı qeyd edilib
- 09:29 Azərbaycanda ilk dəfə “Lazgi. Qəlb və sevginin rəqsi” adlı balet tamaşasının təqdimatı keçirilib
- 17:19 "Kinomuzu yaradanlar...kinomuzu yaşadanlar" layihəsinə start verilib
- 17:16 Səməd Vurğunun yaradıcılığına həsr olunmuş musiqili-poeziya axşamı təşkil edilib
- 15:00 “Dədə Qorqud” jurnalının 83-cü nömrəsi çapdan çıxıb
- 13:10 Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar davam edir
- 12:53 “Şeirlərin füsunkar misraları” adlı poeziya günü keçirilib