XƏBƏRLƏR
MƏLUMAT
Xətai rayon Mədəniyyət Mərkəzi “28 may - Respublika günü"nə həsr olunmuş bayram konserti keçirib
ÜMÜMİ XƏBƏRLƏR
29/05/2019 16:14

Mayın 28-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “28 may - Respublika günü”nə həsr olunmuş bayram konserti keçirilib.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə qoşunlarının "N" saylı Hərbi hissəsində keçirilən konsertdə tanınmış müğənnilərin ifası əsgərlər arasında şən bayram əhval-ruhiyyəsi yaradıb.

Qeyd edək ki, tədbirdə müğənnilərdən Ramil Nabran, Nihad Məlik, Sona Nərimanqızı, Sami Oruc, Şöhrət Məmmədov, Elgün Camal və “İnci” qrupu iştirak edib.

Baxış sayı: 18743