XƏBƏRLƏR
MƏLUMAT
28 May Respublika Gününə həsr olunmuş "Azərbaycanın Müstəqilliyi Əbədidir " adlı tədbir təşkil edilib
ÜMÜMİ XƏBƏRLƏR
27/05/2019 13:56

Mayın 27-də  Bakı  Şəhər  Mədəniyyət  Baş  İdarəsinin Səngəçal qəsəbə Mədəniyyət evi,  Qaradağ rayon MKS-nin 5 saylı filialı və  F.Qədimov adına 222 saylı orta məktəbin müəllim və şagird kollektivi ilə birlikdə  28 May Respublika Gününə həsr olunmuş "Azərbaycanın Müstəqilliyi Əbədidir" başlıqlı tədbir təşkil ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunduqdan sonra, Qaradağ rayon MKS-nin 5 saylı filialının müdiri Aygün Rzayeva tədbir işdirakçılarına Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən söhbət açaraq bildirib ki, "Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir gündür."

Bədii hissədə F.Qədimov adına 222 saylı orta məktəbin şagirdləri Azərbaycana həsr olunmuş şeirlər, mahnılar səsləndirərək, vətənpərvərlik mövzusunda səhnəciklər nümayiş etdiriblər.

Tədbirdə həmçinin Respublika Gününə həsr olunmuş kitab sərgisi də nümayiş olunub.

Baxış sayı: 10502