XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycanlı gənclər Yer ümumi evimizdir adlı beynəlxalq festival-müsabiqədə iştirak ediblər
ÜMÜMİ XƏBƏRLƏR
30/04/2019 16:26
25-30 aprel 2019-cu il tarixlərində Rusiya Federasiyasının Yekaterinburq şəhərində “Yer ümumi evimizdir” adlı XVII Beynəlxalq Uşaq və Gənclərin Musiqi Yaradıcılığı Festivalı keçirilib.

1982-ci ildən keçirilən festivalda bu günə kimi dünyanın 52 ölkəsindən 400-ə yaxın yaradıcılıq kollektivləri iştirak edib. Festivalın əsas məqsədi musiqinin müxtəlif janrlarında yaradıcılıq müsabiqəsinin həyata keçirilməsi, çoxtərəfli mədəni əlaqələrin gücləndirilməsi, hər bir ölkənin öz milli mədəniyyətini tanıtması, gənclər hərəkatına dəstək verilməsidir.

Builki festivala dünyanın 10 ölkəsindən (Azərbaycan, Rusiya, Çexiya, Tunis, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Monqolustan, Çin, Hindistan) 28 musiqi kollektivi qatılıb. Ölkəmizi tədbirdə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin “Alov” folklor ansamblı təmsil etmişdir. Festival çərçivəsində - xoreoqrafiya, xor ifaçılığı, instrumental musiqi və folklor sənəti nominasiyaları üzrə müsabiqə keçirilib.

Müsabiqənin nəticələrinə əsasən ölkəmizi təmsil edən “Alov” folklor ansamblı folklor sənəti nominasiyasında beynəlxalq münsiflər heyətinin qərarı ilə birinci yerə layiq görülüb, kollektivə diplom və kubok təqdim edilib. Təşkilat Komitəsinin dəstəyi ilə nazirliyin Elm və tədqiqatlar sektorunun müdiri Vüqar Baxışov münsiflər heyətinin üzvü kimi kollektivlərin qiymətləndirilməsində iştirak edib.

Festival günlərində musiqi kollektivləri Sverdlovsk vilayətinin müxtəlif şəhərlərinə səfər edərək dostluq konsertlərində iştirak ediblər. “Alov” folklor ansamblı Sısert şəhərinin Mədəniyyət evində Rusiya, Çexiya və Çinin musiqi kollektivləri ilə birlikdə səhnəni bölüşərək milli musiqi və rəqslərimizi nümayiş etdiriblər.

Festival Yekaterinburqun “Estrada Teatrında” qaliblərin mükafatlandırılması və Qala konserti ilə başa çatıb.

Azərbaycanlı gənclər “Yer ümumi evimizdir” adlı beynəlxalq festival-müsabiqədə iştirak ediblər

Baxış sayı: 81974