XƏBƏRLƏR
MƏLUMAT
Xəzər rayon MKS-nin 6 saylı filialı
ÜMÜMİ XƏBƏRLƏR
30/04/2019 15:59
 Xəzər rayon MKS-nin 6 saylı filialı


Aprelin 30-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon MKS-nin 6 saylı filialı "İstedadlı oxucularımızı dünyaya tanıdaq!" adlı rubrikasının növbəti istedadlı oxucusu Nurlan Babayevi izləyicilərə təqdim edib.

Nurlan Nadir oğlu Babayev 2004-cü ildə Şəmkir rayonunda anadan olub. Sonradan ailəlikcə Bakı şəhərinə köçüblər. Hazırda Xəzər rayon 92 saylı tam orta məktəbin 10-cu sinifində təhsil alır. Dərslərini yaxşı oxuyur və eyni zamanda idmanla ciddi məşğul olur. 10 yaşından Yunan Roma güləşi üzrə respublika yarışlarında iştirak edərək müxtəlif nailiyyətlər qazanıb. Belə ki, 2018-ci ildə Bakıda keçirilən Yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyində II yeri tutub. Həmin il keçirilən Yunan Roma güləşi üzrə Bakı birinciliyində isə I yeri qazanıb. 2018-ci ildə Gürcüstanın Batumi şəhərində keçirilən Yunan Roma güləşi üzrə çempionatda erməni rəqibini məğlub edərək III yerə layiq görülüb. Həmin il İran İslam Respublikasının Parsabad şəhərində keçirilən Yunan Roma güləşi üzrə ölkə birinciliyində II yerə layiq görülüb. 2018-ci il Rusiyanın Voronej şəhərində keçirilən Yunan Roma güləşi üzrə ölkə birinciliyində III yeri qazanıb.

2016-cı ilin fevral ayından Xəzər rayon MKS-nin 6 saylı filialının istedadlı və fəal oxucusudur. İlk götürdüyü kitab Stivenson "Dəfinələr adası" kitabı olub. Hazırda "Rusca-Azərbaycanca lüğət" kitabının II cildini oxuyur. Kitabxana qaydalarına ciddi riayət edir, səliqəlidir, məsuliyyətlidir. Hətta kitabxanaya öz sinif və idmançı yoldaşlarını da cəlb edib. Onlar da kitabxanadan mütəmadi istifadə edirlər.

Rubrikanın yayımlanmasında məqsəd hər bir potensial oxucuya fərdi yanaşaraq onun xüsusi istedad və qabiliyyətlərini rəsmi saytlar və sosial şəbəkələr vasitəsilə dünyaya tanıtmaq və bu cür yanaşma ilə kitaba, mütaliəyə, kitabxanaya digər insanların diqqətini cəlb edərək daha çox oxucu sayı toplayaraq cəmiyyətin daha savadlı, dünyagörüşlü olması yönümündə görülən işlərə töhfə verməkdir.

baku-art.az

 Xəzər rayon MKS-nin 6 saylı filialı

 Xəzər rayon MKS-nin 6 saylı filialı
Baxış sayı: 450