XƏBƏRLƏR
MƏLUMAT
Sabunçu rayon MKS-nin 2 saylı filialı “Terror hadisəsinin qurbanları” adlı “Dəyirmi masa” keçirib
ÜMÜMİ XƏBƏRLƏR
30/04/2019 14:55
 Sabunçu rayon MKS-nin 2 saylı filialı “Terror hadisəsinin qurbanları” adlı “Dəyirmi masa” keçirib


Aprelin 30-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon MKS-nin 2 saylı filialı Azərbaycan Dövlət Neft və Sənaye Universitetində terror hadisəsinin 10 illiyi ilə əlaqədar fəal oxucularla birlikdə “Terror hadisəsinin qurbanları” adlı “Dəyirmi masa” keçirib.

Filialın müdiri T.İsmayılova tədbiri açaraq hadisə haqqında məlumat verib. Qeyd edib ki, aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında tələbə və müəllimlərin güllələnməsindən 10 il keçir. İllərdən bəri erməni terror qruplarının törətdikləri faciələrdən əziyyət çəkən Azərbaycan xalqı kütləvi insan qırğını törədənlərə qarşı barışmaz, mübariz olub. Həmin gün terrorçunun gülləsinə 25 nəfər tuş gəlir, onlardan 13 nəfərin həyatını xilas etmək mümkün olsa da, 12-si dünyasını dəyişir.

Prezident İlham Əliyevin “Hamımız eyni planetdə yaşayırıq. Bütün xalqlar sülh, əmin-amanlıq və təhlükəsizlik şəraitində yaşamağı, ailələrini qorumağı, övladlarını böyütməyi arzulayır. Bütün dinlər eyni dəyərləri – insanlıq, mərhəmət, həmrəylik və sülhü təbliğ edir. Bu gün dünyanın tələb etdiyi səylərimizin birləşdirilməsidir” sözləri terrora qarşı mübarizəyə çağırışdır.

Sonra oxucular mövzu barədə çıxışlar ediblər.

Allah terror qurbanlarına rəhmət etsin.

baku-art.az

Baxış sayı: 43396