XƏBƏRLƏR
MƏLUMAT
Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində Dünya ədəbiyyatının dahisi Uilyam Şekspirin anadan olmasının 455 illiyi münasibətilə sərgi təşkil edilib
ÜMÜMİ XƏBƏRLƏR
30/04/2019 13:00
Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində Dünya ədəbiyyatının dahisi Uilyam Şekspirin anadan olmasının 455 illiyi münasibətilə sərgi təşkil edilib


Aprelin 26-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon MKS-nin Mərkəzi Kitabxanasında dünya ədəbiyyatının dahisi Uilyam Şekspirin anadan olmasının 455 illiyi münasibətilə sərgi təşkil edilib.

17 komediyanın, onlarla tarixi pyesin, 11 faciənin və sonetlər silsiləsinin müəllifi, dünya ədəbiyyatının dahilərindən Uilyam Şekspir 1564-cü ilin bu günü İngiltərənin Stratford şəhərində anadan olub.Şekspir əsərlərinin əksəriyyətini 1590-1612-ci illər aralığında yazıb.

O, həm komediya, həm də faciə janrlarında eyni dərəcədə uğur əldə edə bilən nadir dramaturqlardan sayılır. "Hamlet", "Otello", "Romeo və Cülyetta", "Maqbet", "Kral Lir" kimi əsərləri dünya ədəbiyyatının nadir inciləri sırasıdadır. Şekspirin süjet, dil və janr müxtəlifliyi ilə biri-birindən seçilən əsərləri Avropa teatr sənətinin və ədəbiyyatının inkişafına misilsiz dərəcədə təsir göstərib.

baku-art.az

Baxış sayı: 91254