XƏBƏRLƏR
MƏLUMAT
Bakıda “CASPİAN ÉTUDE” Gənc Pianoçuların Birinci Beynəlxalq Müsabiqəsi keçiriləcək
ÜMÜMİ XƏBƏRLƏR
29/04/2019 17:20
Bakıda “CASPİAN ÉTUDE” Gənc Pianoçuların Birinci Beynəlxalq Müsabiqəsi keçiriləcək


Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə 1-6 iyun 2019-cu il tarixlərində Bakıda “CASPİAN ÉTUDE” I Beynəlxalq Gənc Pianoçular Müsabiqəsi keçiriləcək.

Müsabiqə Azərbaycan bəstəkarlarının yaradıcı irsini, Azərbaycan musiqisini tanıtmaq, gənc, istedadlı musiqiçiləri aşkar etmək və dəstəkləmək, aparıcı müəllimlərin yenilikçi ideyalarının və təcrübələrinin mübadiləsi, həmçinin iştirakçı-ölkələr arasında beynəlxalq mədəni əlaqələrin möhkəmləndirilməsi məqsədi daşıyır. Müsabiqədə iştirak gənc musiqiçilərin fərdi yaradıcılığının inkişafını, həmçinin onların ifaçılıq vərdişlərinin gələcəkdə təkmilləşdirilməsini, konsert və pedaqoji repertuarlarının dünyada məşhur olan ən yaxşı klassik musiqi nümunələri ilə zənginləşməsini təşviq edəcək.

Müsabiqənin təşkilatçıları “CASPİAN ÉTUDE” I Beynəlxalq Gənc Pianoçular Müsabiqəsinin istedadlı gənc pianoçuları Bakıya toplayacağına və onların arasından fəaliyyətləri ilə Azərbaycanın və iştirakçı-ölkələrin mədəni nailiyyətlər xəzinəsini zənginləşdirəcək yeni parlaq ulduzların tapılmasına yardımçı olacağına ümid edir.
Müsabiqədə musiqi və incəsənət məktəblərinin, ixtisaslaşmış musiqi təhsili müəssisələrinin və musiqi kolleclərinin tələbələri dəvət olunurlar. Müsabiqə 16 yaşına qədər iştirakçılar arasında, dörd yaş kateqoriyasında keçiriləcək.

Şərtlər haqqında ətraflı məlumatla Beynəlxalq Müsabiqənin rəsmi internet səhifəsindən http://www.caspianetude.az/ tanış ola bilərsiniz.

Beynəlxalq Müsabiqədə iştirak edəcək yerli və xarici istedadlara qələbə sevinci və yeni-yeni uğurlar arzulayırıq.

baku-art.az

Baxış sayı: 7752