XƏBƏRLƏR
MƏLUMAT
Nəsimi rayon MKS-nin Mərkəzi Kitabxanası “Elimizə Novruz gəlir” adlı tədbir keçirib
ÜMÜMİ XƏBƏRLƏR
18/03/2019 12:11
 Nəsimi rayon  MKS-nin Mərkəzi Kitabxanası “Elimizə Novruz gəlir” adlı tədbir keçirib


Martın 15-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nəsimi rayon MKS-nin Mərkəzi Kitabxanası 42 saylı tam orta məktəbin 4-cü sinif şagirdləri ilə birgə “Elimizə Novruz gəlir” adlı tədbir keçirib.

İlk öncə uşaqlar tədbirə gələnləri salamlayıb, Novruz bayramı münasibətilə təbrik ediblər. Sonra şagirdlər Novruza aid səhnəciklər göstərib, şeirlər səsləndirib, mahnı oxuyub və rəqs ediblər.

Tədbirin sonunda məktəbin direktoru Həmidova Firəngiz çıxış edərək, uşaqları Novruz bayramı münasibəti ilə təbrik edib.

baku-art.az

 Nəsimi rayon  MKS-nin Mərkəzi Kitabxanası “Elimizə Novruz gəlir” adlı tədbir keçirib
Baxış sayı: 38504