XƏBƏRLƏR
MƏLUMAT
4 nömrəli uşaq incəsənət məktəbində dahi şair İmaməddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar “Məclisi Üns” adlı təbdir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
13/03/2019 12:04
4 nömrəli uşaq incəsənət məktəbində dahi şair İmaməddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar “Məclisi Üns” adlı təbdir keçirilib

Martın 12-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 4 nömrəli uşaq incəsənət məktəbində dahi şair İmaməddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar “Məclisi Üns” adlı təbdir keçirilib.

Tədbirdə çıxış edən Yazıçılar Birliyinin Xəzər Rayon bölməsinin sədri, şair Arif Buzovnalı, Xalq artisti Rasım Balayev, Əməkdar artist Azad Şükürov, Dinşünas Hacı Soltan dahi şairin yaradıcılığını təhlil edərək maraqlı söhbətlər aparıblar.

Məktəbin rəsm sinfi şagirdlərinin dahi şairin yaradıcılığına həsr etdikləri rəsmləri və VII sinif şagirdi Rauf Muradlının söylədiyi qəzəl gələn qonaqların diqqətinə səbəb olub.

Tədbirin bədii hissəsində məktəbin müəllimlərinin müşaiyəti ilə çıxış edən xanəndə sinfinin gənc müəllimi Rəna Qafarovanın ifasında səslənən şairin sözlərinə yazılmış mahnı və təsniflər “Məclisi Üns”ə xüsusi rəng qatıb.

Tədbirdə millət vəkili Rauf Əliyev, Xəzər rayon Yeni Azərbaycan Partiyasının sədri Namiq Əhmədov, Xəzər rayon İcra Hakimiyyətinin müavini Arif Balayev, SOCAR EKO-Parkın direktoru Tahir Şıxəliyev, məktəb və müəssisə rəhbərləri iştirak ediblər.

Tədbir Yel çərşənbəsinə təsadüf etdiyindən məktəbin foyesində rəsm sinfinin şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirildikdən sonra məktəbin həyətində bayram tonqalı ətrafında toplaşan qonaqlarla çərşənbə qeyd olunub.

baku-art.az

Baxış sayı: 57158