XƏBƏRLƏR
MƏLUMAT
Bibiheybət qəsəbə Mədəniyyət evi və Səbail rayon MKS-in 4 saylı filialı birgə “Analar ömrümüzün bəzəyidir” adlı tədbir təşkil ediblər
ÜMÜMİ XƏBƏRLƏR
11/03/2019 15:12
 Bibiheybət qəsəbə Mədəniyyət evi və Səbail rayon MKS-in 4 saylı filialı birgə “Analar ömrümüzün bəzəyidir” adlı tədbir təşkil ediblər


Martın 6-da Bibiheybət qəsəbə Mədəniyyət evi və Səbail rayon MKS-in 4 saylı filialı birgə 8 mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş “Analar ömrümüzün bəzəyidir” adlı tədbir təşkil ediblər.

İlk öncə Mədəniyyət evinin bədii rəhbəri F.Babayeva çıxış edərək, hər kəsi salamlayıb və bu gün münasibətilə bütün qadınları təbrik edib, ürək sözlərini bildirib. Daha sonra Mədəniyyət evinin metodisti İ.Nəcəfova Beynəlxalq Qadınlar gününün yaranması haqqında ətraflı məlumat verib.

Çıxışlardan sonra G.İbrahimlinin 8 mart Beynəlxalq Qadınlar gününə hazırladığı videoçarx təqdim olunub.

Mədəniyyət evinin poeziya dərnəyinin üzvləri “Ana məhəbbəti” adlı kompozisiya təqdim ediblər, rəqs dərnəyinin üzvləri isə rəqs nömrələri nümayiş etdiriblər.

Tədbir zamanı həmçinin, 5 mart Bədən-tərbiyəsi və idman günü haqqında söhbət açılaraq, ölkəmizdə idmanın inkişafından danışılıb. Ardınca Mədəniyyət evində fəaliyyət göstərən karate kursunun uşaqları və müəllim Rəşad İsmayılov maraqlı idman proramı təqdim ediblər.

Sonra “Oyama” İctimai birliyinin prezidenti Əliyev Elşad Mübariz oğlu çıxış edərək, hər kəsə uğurlar arzulayıb.

Qeyd edək ki, tədbirdə məktəb şagirdləri, valideynlər, qəsəbə sakinləri tamaşaçı qismində iştirak ediblər.

baku-art.az

 Bibiheybət qəsəbə Mədəniyyət evi və Səbail rayon MKS-in 4 saylı filialı birgə “Analar ömrümüzün bəzəyidir” adlı tədbir təşkil ediblər

 Bibiheybət qəsəbə Mədəniyyət evi və Səbail rayon MKS-in 4 saylı filialı birgə “Analar ömrümüzün bəzəyidir” adlı tədbir təşkil ediblər

 Bibiheybət qəsəbə Mədəniyyət evi və Səbail rayon MKS-in 4 saylı filialı birgə “Analar ömrümüzün bəzəyidir” adlı tədbir təşkil ediblər
Baxış sayı: 33763