XƏBƏRLƏR
MƏLUMAT
Qızıldaş qəsəbə Mədəniyyət evində Beynəlxalq Qadınlar Günü münasibəti ilə “Fortopiano” kursunun hesabat konserti keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
11/03/2019 14:29
 Qızıldaş qəsəbə Mədəniyyət evində Beynəlxalq Qadınlar Günü münasibəti ilə “Fortopiano” kursunun hesabat konserti keçirilib


Martın 8-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qızıldaş qəsəbə Mədəniyyət evində Beynəlxalq Qadınlar Günü münasibəti ilə mərkəzdə fəaliyyət göstərən “Fortopiano” kursunun hesabat konserti keçirilib.

İlk öncə tədbirin aparıcısı Əli Abbasov qonaqları salamlayıb bu günün tarixi haqqında geniş məlumat verib.

Daha sonra söz mərkəzin bədii rəhbəri Xəyalə Qədirovaya verilib.

O, Azərbaycanda qadın siyasətinin uğurla həyata keçirildiyini, bütün sahələrdə qadınların təcrübə və bacarıqlarını nümayiş etdirdiklərini, elm , təhsil, mədəniyyət, incəsənət, idman, sosial və digər sahələrdə qadınların uğurlarından danışıb.

Sonra Bakı Şəhər Mədəniyyət Baş İdarə tərəfindən keçirilən mədəni-kütləvi tədbirlərdə fəal iştirakına görə 180 saylı tam orta məktəbin bir qrup şagird və müəllimlərinə Fəxri Fərmanlar təqdim edilib. Tədbirin bədii hissəsində kursun şagirdləri bir-birinin ardınca klassik və vətənpərvərlik mövzusunda olan musiqi parçaları ilə tamaşaçıların zövqünü oxşayıb.

Sonda tədbir gənc saz ifaçıları Amil Həsənli və Şəhriyar Həsənlinin çıxışı ilə başa çatıb.

baku-art.az

 Qızıldaş qəsəbə Mədəniyyət evində Beynəlxalq Qadınlar Günü münasibəti ilə “Fortopiano” kursunun hesabat konserti keçirilib

 Qızıldaş qəsəbə Mədəniyyət evində Beynəlxalq Qadınlar Günü münasibəti ilə “Fortopiano” kursunun hesabat konserti keçirilib

 Qızıldaş qəsəbə Mədəniyyət evində Beynəlxalq Qadınlar Günü münasibəti ilə “Fortopiano” kursunun hesabat konserti keçirilib

 Qızıldaş qəsəbə Mədəniyyət evində Beynəlxalq Qadınlar Günü münasibəti ilə “Fortopiano” kursunun hesabat konserti keçirilib

 Qızıldaş qəsəbə Mədəniyyət evində Beynəlxalq Qadınlar Günü münasibəti ilə “Fortopiano” kursunun hesabat konserti keçirilib
Baxış sayı: 21280