XƏBƏRLƏR
MƏLUMAT
M.Ə.Sabir adına Balaxanı qəsəbə Mədəniyyət evində 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
11/03/2019 11:06
M.Ə.Sabir adına Balaxanı qəsəbə Mədəniyyət evində 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib


Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin M.Ə.Sabir adına Balaxanı qəsəbə Mədəniyyət evində 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş "8 martdır anacan" adlı tədbir keçirilib.

Tədbirdə Mədəniyyət evinin kollektivi, Sabunçu rayon MKS-nin 11 saylı filialının kollektivi, şagirdlər və valideynlər iştirak ediblər.

İlk öncə tədbiri Mədəniyyət evinin direktoru Ramin Məmmədov açaraq, gələn qonaqları salamlayib bütün qadınları 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib.

Sonra Sabunçu rayon MKS-nin 11 saylı filialinin müdiri Məlahət Bədəlova çıxış edərək, bütün xanımları 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.

Daha sonra Mədəniyyət evinin "Dərya" rəqs qrupunun üzvü öz rəqsi ilə çıxış edib, poeziya teatrının üzvləri Rəsul Şəfiyev, Arifə Ağamirzəyeva və başqaları ana və 8 mart haqqında şerlər söyləyiblər, fortepianoda Rasim Balayev C.Cahangirovun "Ana" musiqisini ifa edib.


baku.art.az


M.Ə.Sabir adına Balaxanı qəsəbə Mədəniyyət evində 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib

M.Ə.Sabir adına Balaxanı qəsəbə Mədəniyyət evində 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib

M.Ə.Sabir adına Balaxanı qəsəbə Mədəniyyət evində 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib

M.Ə.Sabir adına Balaxanı qəsəbə Mədəniyyət evində 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib



Baxış sayı: 87488