XƏBƏRLƏR
MƏLUMAT
5 nömrəli uşaq incəsənət məktəbində “Səhnəyə ilk addım” adlı konsert keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
11/03/2019 09:52
5 nömrəli uşaq incəsənət məktəbində “Səhnəyə ilk addım” adlı konsert keçirilib


Martın 6-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 5 nömrəli uşaq incəsənət məktəbində 8 mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş “Səhnəyə ilk addım” adlı birinci siniflərdən ibarət konsert keçirilib.

İlk öncə incəsənət şöbəsinin rəsm ixtisası üzrə şagirdlərinin hazırladıqları rəsm sərgisinə baxış keçirilib.Şagirdlər çəkdikləri şəkilləri izah ediblər.

Konserti birincilər aparıb.Məktəbin fortepiano və qarmon ixtisasları üzrə şagirdləri Q.Aysu və Q.Ayan müəllimləri,valideynləri salamlayıb ,bayram münasibəti ilə təbrik ediblər.

Sonra məktəbdə təhsil alan fortepiano,xalq çalğı və nəfəsli alətləri şöbəsinim şagirdlərinin ifasında Azərbaycan və xarici bəstəkarların əsərləri ifa olunub.

Daha sonra rəqs sinifinin şagirdləri “Qaytağı” rəqsini ifa ediblər.

Sonda məktəbin direktoru Emin Nağıyev birincilərin səhnədə ilk çıxışları üçün onları təbrik edib,xatirə şəkilləri çəkdirilib.


baku-art.az


5 nömrəli uşaq incəsənət məktəbində “Səhnəyə ilk addım” adlı konsert keçirilib

5 nömrəli uşaq incəsənət məktəbində “Səhnəyə ilk addım” adlı konsert keçirilib

5 nömrəli uşaq incəsənət məktəbində “Səhnəyə ilk addım” adlı konsert keçirilib

5 nömrəli uşaq incəsənət məktəbində “Səhnəyə ilk addım” adlı konsert keçirilib

5 nömrəli uşaq incəsənət məktəbində “Səhnəyə ilk addım” adlı konsert keçirilib

5 nömrəli uşaq incəsənət məktəbində “Səhnəyə ilk addım” adlı konsert keçirilib

5 nömrəli uşaq incəsənət məktəbində “Səhnəyə ilk addım” adlı konsert keçirilib



Baxış sayı: 41601