XƏBƏRLƏR
MƏLUMAT
Zığ qəsəbə Mədəniyyət evində 8 mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram konserti keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
07/03/2019 16:41
Zığ qəsəbə Mədəniyyət evində 8 mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram konserti keçirilib


Martın 6-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Zığ qəsəbə Mədəniyyət evində 8 mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram konserti keçirilib.

Konsert “Şəms” instrumental ansamblının “Azərbaycan” musiqisinin səsləndiriliməsi ilə başlayıb.

Sonra konsertin aparıcısı Nurlan Həsənzadə 8 mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək, Azərbaycanda qadınlara göstərilən dövlət qayğısından, onların cəmiyyətimizdə tutduqları yüksək mövqedən bəhs edib.

Konsert zamanı Nihat Məlik, Ayla Rai, Nuray Rəhman və ailəsi, Dj Azik, Naili İmran, Əli Quliyev, Nağara Şou,”İnci” qrupu, “Meqas” qrupu, “Köhnə Bakı” və “Xəzri” rəqs ansambllarının ifaları tamaşaçıların könlünü oxşayıb.

Tədbirdə həmçinin 65 və 317 saylı tam orta məktəblərin müəllim və şagird kollektividə fəal iştirak ediblər. Onların ifasındakı şeir və mahnılar konsertə daha da rəngarənglik qatıb.

baku-art.az

Zığ qəsəbə Mədəniyyət evində 8 mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram konserti keçirilib

Zığ qəsəbə Mədəniyyət evində 8 mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram konserti keçirilib

Zığ qəsəbə Mədəniyyət evində 8 mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram konserti keçirilib

Zığ qəsəbə Mədəniyyət evində 8 mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram konserti keçirilib

Zığ qəsəbə Mədəniyyət evində 8 mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram konserti keçirilib
Baxış sayı: 4770