XƏBƏRLƏR
MƏLUMAT
Şüvəlan qəsəbə Mədəniyyət evində 8 mart-Beynəlxalq Qadınlar Günü münasibətilə konsert keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
07/03/2019 16:10
 Şüvəlan qəsəbə Mədəniyyət evində 8 mart-Beynəlxalq Qadınlar Günü münasibətilə konsert keçirilib


Martın 6-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Şüvəlan qəsəbə Mədəniyyət evində Beynəlxalq Qadınlar Günü münasibəti ilə “Bəşəriyyətin ədəbi gözəlliyi” mövzusunda tədbir keçirilib.

İlk öncə tədbirin aparıcısı Vüsalə Zərbəliyeva qonaqları salamlayaraq bu günün tarixi haqqında geniş məlumat verib.O, Azərbaycan xanımlarının həyatda fəallığından ,bir ana olaraq qadınların qüdrətindən, ailənin təlim tərbiyəsində hər zaman qadınların böyük qüvvəyə malik olmasından bəhs edib.Bu gün Azərbaycanda Qadın siyasətinin uğurla həyata keçirildiyini, bütün sahələrdə qadınların təcrübə və bacarıqlarını nümayiş etdirdiklərini,elm , təhsil, mədəniyyət, incəsənət, idman, sosial və digər sahələrdə qadınların uğurlarından danışıb.

Sonra tədbirin bədii hissəsində Mədəniyyət evinin oğlanlardan ibarət “Gold” rəqs kollektivinin, qızlardan ibarət “Məşəl” rəqs kollektivinin, istedadlı müğənni Şəlalə Əmirova çıxışı hər kəs tərəfindən rəğbətlə qarşılanıb və tədbirə rəngarənglik bəxş edib.

Sonda aparıcı tədbirdə fəal iştirak edənləri fəxri fərmanla təltif edib.

baku-art.az


 Şüvəlan qəsəbə Mədəniyyət evində 8 mart-Beynəlxalq Qadınlar Günü münasibətilə konsert keçirilib

 Şüvəlan qəsəbə Mədəniyyət evində 8 mart-Beynəlxalq Qadınlar Günü münasibətilə konsert keçirilib

 Şüvəlan qəsəbə Mədəniyyət evində 8 mart-Beynəlxalq Qadınlar Günü münasibətilə konsert keçirilib
Baxış sayı: 64688