XƏBƏRLƏR
MƏLUMAT
11 nömrəli 11 illik musiqi məktəbində 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş konsert keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
07/03/2019 15:35
 11 nömrəli 11 illik musiqi məktəbində 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş konsert keçirilib


Martın 5-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 11 nömrəli 11 illik musiqi məktəbində 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş konsert keçirilib. İlk öncə məktəbin I və II sinif şagirdlərindən ibarət xor kollektivi gözəl çıxışı ilə konserti açıq elan edərək öz müəllimlərini təbrik ediblər.

Sonra məktəbin şagirdlərinin ifasında analara həsr olunmuş şeir parçaları, Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səsləndirilib.

Tədbirin sonunda məktəbin direktoru Rövşən Məmmədov çıxış edərək məktəbin bütün qadın kollektivini təbrik edərək onlara öz xoş arzularını bildirib.

baku.art.az

 11 nömrəli 11 illik musiqi məktəbində 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş konsert keçirilib

 11 nömrəli 11 illik musiqi məktəbində 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş konsert keçirilib

 11 nömrəli 11 illik musiqi məktəbində 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş konsert keçirilib

 11 nömrəli 11 illik musiqi məktəbində 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş konsert keçirilib
Baxış sayı: 99153