XƏBƏRLƏR
MƏLUMAT
G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbində 8 Mart-Beynəlxalq Qadınlar Gününə həsr olunmuş konsert keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
07/03/2019 12:12
G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbində 8 Mart-Beynəlxalq Qadınlar Gününə həsr olunmuş konsert keçirilib


Martın 6-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbinin 8 Mart-Beynəlxalq Qadınlar Gününə həsr olunmuş fortepiano və simli - nəfəs alətləri şöbəsi şagirdlərinin konserti keçirilib.

Konsertdə Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səsləndirilib.

Məktəbin direktoru Əməkdar müəllim Yusif Vəliyev qadınların ölkəmizin ictimai - siyasi, iqtisadi və mədəni həyatında rolundan geniş söhbət açıb. O, bütün qadınları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edib və onlara can sağlığı xoşbəxt həyat arzu edib.

baku-art.az

Baxış sayı: 35724