XƏBƏRLƏR
MƏLUMAT
Ə.Əmirov adına Mədəniyyət Sarayı" Əziz Anam" adlı tədbir təşkil edib
ÜMÜMİ XƏBƏRLƏR
06/03/2019 17:56
Ə.Əmirov adına Mədəniyyət Sarayı


Martın 6-da Bakı Şəhər Mədəniyət Baş İdarəsinin Ə.Əmirov adına Mədəniyyət Sarayı 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə "Əziz Anam" adlı tədbir təşkil edib.

Tədbir sarayın dərnək üzvlərinin çıxışları ilə baş tutub. Azyaşlı balalar öz rəngarəng rəqs nömrələrini təqdim ediblər.

Sonra sarayın direktoru İ.Əhmədov, bədii rəhbər L.Süleymanlı, metodist M.Qurbanməhəmmədova çıxış edərək bayram münasibəti ilə bütün Azərbaycan qadınlarını təbrik ediblər.

Bildiriblər ki, Beynəlxalq Qadınlar Günü - hər il 8 Mart tarixində qeyd olunan Beynəlxalq İşçi Qadınlar Günü olaraq tanınan qadınların iqtisadi, ictimai və siyasi mübarizəsini, habelə ümumi olaraq qadınlara qarşı nəzakət, sevgi və məhəbbəti tərənnümünü ənənəvi hala gətirmiş bayramdır.

baku-art.az

Ə.Əmirov adına Mədəniyyət Sarayı

Ə.Əmirov adına Mədəniyyət Sarayı

Ə.Əmirov adına Mədəniyyət Sarayı

Ə.Əmirov adına Mədəniyyət Sarayı
Baxış sayı: 16223