XƏBƏRLƏR
MƏLUMAT
Ş.Ələkbərova adına Mədəniyyət evində “Bizim analı dünyamız” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
06/03/2019 17:15
Ş.Ələkbərova adına Mədəniyyət evində “Bizim analı dünyamız” adlı tədbir keçirilib


Martın 6-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Ş.Ələkbərova adına Mədəniyyət evində 8 Mart -Beynəlxalq Qadınlar Günü münasibəti ilə “Bizim analı dünyamız” adlı tədbir keçirilib.

İlk öncə Mədəniyyət evinin direktoru Cabbar Süleymanov qadınları salamlayıb və 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə onları səmimi qəlbdən təbrik edib.Sonra Azərbaycan qadınının zərifliyin, ülviliyin, gözəlliyin rəmzi olan adını həmişə layiqincə qorumasından, milli əxlaqi dəyərlərimizin, mədəni-əxlaqi irsimizin, adət-ənənələrimizin, dinimizin nənələrimiz, analarımız sayəsində qorunub saxlanılması haqqında çıxış edib.

Tədbirdə “Buta” rəsm dərnəyinin üzvləri hazırladıqları şəkilləri analarına hədiyyə ediblər.

Konsertdə çıxış edən Mədəniyyət evinin “Şənlik” rəqs kollektivinin, “Xaqani” poeziya sevərlər həvəskar birliyinin və musiqi dərnəyinin üzvlərinin çıxışları tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

baku-art.az

Ş.Ələkbərova adına Mədəniyyət evində “Bizim analı dünyamız” adlı tədbir keçirilib

Ş.Ələkbərova adına Mədəniyyət evində “Bizim analı dünyamız” adlı tədbir keçirilib

Ş.Ələkbərova adına Mədəniyyət evində “Bizim analı dünyamız” adlı tədbir keçirilib

Ş.Ələkbərova adına Mədəniyyət evində “Bizim analı dünyamız” adlı tədbir keçirilib
Baxış sayı: 9083