XƏBƏRLƏR
MƏLUMAT
Yasamal rayon Heydər Əliyev Mərkəzində 8 Mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
06/03/2019 16:43
Yasamal rayon Heydər Əliyev Mərkəzində  8 Mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş dəyirmi masa keçirilib

Martın 6-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Heydər Əliyev Mərkəzində 8 Mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş dəyirmi masa keçirilib.

Tədbirdə Yasamal rayon 150 saylı və 60 saylı tam orta məktəblərin şagird və müəllim kollektivi iştirak ediblər.

İlk öncə tədbir iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan Mərkəzin Muzey bölmələri ilə tanış olublar, ulu öndərin büstünü ziyarət edərək ümummilli liderin əziz xatirəsini yad ediblər.

Daha sonra tədbiri giriş sözü ilə Mərkəzin baş fond mühafizi Azər Zeynalzadə açaraq qonaqları salamlayıb, 8 Mart Beynəlxalq Qadınlar gününün yaranma tarixindən bəhs edib. O, qeyd edib ki, ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşıb. Ulu öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirib.

Sonra Mərkəzin kiçik elmi işçisi Günel Həsənova qonaqları bayram münasibətilə təbrik edərək məruzə ilə çıxış edib. Bu gün Azərbaycan qadınları artıq cəmiyyətin aparıcı qüvvəsinə çevrilib, Azərbaycan qadınının bütün dövrlərdə, bütün cəmiyyətlərdə gözəl örnəkləri olub. Azərbaycan qadınlarının lideri, Heydər Əliyev Fondunun prezidenti, birinci vitse prezident Mehriban xanım Əliyevanın geniş vüsətlə inkişaf edən ölkəmizə, həmçinin Azərbaycan təhsilinə verdiyi töhfələr Azərbaycan qadınının zəkasının, güc və qüdrətinin bariz nümunəsidir.

Tədbirin sonunda 8 Mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş film nümayiş olunub və məktəblilər şeir söyləyiblər.

baku-art.az

Baxış sayı: 40742