XƏBƏRLƏR
MƏLUMAT
24 nömrəli onbirillik musiqi məktəbində sinif konserti keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
31/05/2019 08:37

Mayın  29-da  Bakı Şəhər Mədəniyyət Baş İdarəsi 24 nömrəli onbirillik musiqi məktəbində vokal ixtisası üzrə müəllim, Beynəlxalq müsabiqələr laureatı Güllübəyim Məmmədovanın sinif konserti keçirilib. Konsert Respublika gününə həsr olunub. Konsertdə müdiriyyət, müəllim-şagird kollektivi və valideynlər iştirak edib.

Konsert E.Sabitoğlunun “Azərbaycan” mahnısı ilə başlayıb.

Konsert proqramında xalq musiqisi ilə yanaşı, Azərbaycan və dünya bəstəkarlarının əsərləri ifa olunub: xalq mahnıları “Bağçada güllər”, “Xumar oldum”, Ü.Hacıbəylinin “Arşın mal alan” operettasından Cahanın kupletləri, T.Quliyevin “Bakı nəğməsi”, Q.Qarayevin “Gənclik mahnısı”, E.Sabitoğlunun “Gün keçdi” k/f-dən mahnı, “Azərbaycan”, “Ayrılma məndən”, “Bu gecə”, “Bəlkə də”, R.Mirişlinin “Səadət”, Vekkerlen “Jeunes filettes”, R.Bartelemunun “Chi sene scordar”, A.Skarlatti “Sebben crudele”, V.Bellininin “Vaga luna”.

Şagirdlərimizdən Respublika və Beynəlxalq müsabiqələr laureatı Rəşad Həsənzadə, Respublika müsabiqəsi diplomatları Dilarə Abdullazadə, Səma Məmmədova, Mehriban İsayeva, Leylaxanım İsayeva, Xədicə Əhmədova, İnci Mustafalı, Fatimə Sadıqova, Rəvan Qasımov, Sürəyya Qasımova böyük həvəslə çıxış ediblər.

Sonda konsertin bütün iştirakçıları T.Quliyevin “Bakı nəğməsi”ni ifa ediblər.

Baxış sayı: 2210