XƏBƏRLƏR
MƏLUMAT
23-cü "Türk Dünyası Çocuk Şöleni" keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
01/05/2019 16:34

Türkiyənin İstanbul şəhərində 23-cü "Türk Dünyası Çocuk Şöleni" keçirilib. Aprelin 26-dan 5 may tarixinədək davam edəcək festivalda bir çox türkdilli dövlətlər iştirak edir.

 Festivalın açılışında Azərbaycanı təmsil edən Bakı Şəhər Mədəniyyət Baş İdarəsi H.Abbasov adına Mədəniyyət Mərkəzinin "İncəsənət" rəqs ansamblı uğurlu şəkildə təqdim edib.

 Azərbaycanla bərabər, festivalda Türkiyə, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Əfqanıstan, Çuvaşıstan, Kərkük, İraq, Bulqar, Ahıska, Krım, Kosovo, yakut türkləri olan istedadlı uşaqların uğurlu çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

 Konsert proqramının xüsusi qonağı Azərbaycanın Xalq artisti Azərin olub.

Baxış sayı: 97329