XƏBƏRLƏR
MƏLUMAT
22 saylı Niyazi adına musiqi məktəbi "Beynəlxalq Art Olimpia" müsabiqəsində iştirak edib
ÜMÜMİ XƏBƏRLƏR
06/05/2019 13:38

Mayın 5-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi 22 saylı Niyazi adına musiqi məktəbinin şagirdləri Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilən "Beynəlxalq Art Olimpia" müsabiqəsində iştirak edib və xarici ölkələrin musiqi təmsilçiləri ilə birlikdə çıxış edərək uğurlu nailiyyətlər əldə ediblər.

Məktəbin istedadlı müəllimi Ləman Hüseynovanın tələbələri “Solo fortepiano” nominasiyasında kiçik yaş qrupundan Zhijun (2-ci sinif şagirdi) I yeri, orta yaş qrupundan Fidan Əliyeva (4-cü sinif şagirdi) laureat adını qazanıblar. 

Trioda 1-ci sinif şagirdi Elmira Dadaşova, 3-cü sinif şagirdi Onur Mirzəyev və Səidə Dadaşova l yerə layiq görülüblər.

Baxış sayı: 12021