XƏBƏRLƏR
MƏLUMAT
18 May Beynəlxalq Muzeylər günü ilə əlaqədar Muzey Mərkəzinə ekskursiya
ÜMÜMİ XƏBƏRLƏR
03/06/2019 10:11

Mayın 18-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qaradağ rayon Heydər Əliyev mərkəzinin direktoru və işçiləri Muzey Mərkəzində yerləşən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə və İstiqlal Muzeyinə ekskursiyaya gediblər.

1967-ci ildə yaradılmış Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycan milli musiqi alətləri olan tar, kamança, saz, dəf, qoşa nağara, zurna, ney, eləcə də özünəməxsus xüsusiyyətləri ilə fərqlənən digər musiqi alətləri - əsatar, əsasaz, habelə qramofonlar, patefonlar, qramofon valları, Azərbaycan peşəkar musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin, milli peşəkar musiqi sənətinin banisi Bülbülün, görkəmli bəstəkarlardan Qara Qarayevin, Fikirət Əmirovun müəllif not yazmaları, musiqi xadimlərinin şəxsi əşyaları, afişalar, proqramlar, fotoşəkillər, təsviri incəsənət nümunələri, notlar, kitablar və başqa materiallar ilə, 1991-ci ildə yaradılmış İstiqlal Muzeyində isə rəsm və heykəltaraşlıq əsərləri, xəritələr, şəkillər, kitablar, pul əskinazları və başqa eksponatlarla daha yaxından tanış olublar.

Sonda xatirə şəkli çəkilib.

 

 

Baxış sayı: 80242