XƏBƏRLƏR
MƏLUMAT
17 nömrəli uşaq musiqi məktəbində konsert keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
13/05/2019 11:52

Mayın 11-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 17 nömrəli uşaq musiqi məktəbində Azərbaycanın qurucusu, ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr edilmiş tədbir-konsert keçirilib.

Konsertdən əvvəl məktəbin müəllim və şagirdləri Heydər Əliyevin abidəsi önünə gələrək xatirəsini yad edib və abidənin qarşısına gül dəstələri qoyublar.

Tədbirdən əvvəl ulu öndərin həyatı və siyasi fəaliyyəti haqqında qonaqlara geniş və ətraflı məlumat verilib. Sonra məktəbin ən istedadlı şagirdləri dünya və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə çıxış ediblər.

Çıxışlar alqışlarla qarşılanıb.

Baxış sayı: 97129