XƏBƏRLƏR
MƏLUMAT
37 nömrəli uşaq musiqi məktəbi hesabat konserti keçirib
ÜMÜMİ XƏBƏRLƏR
14/06/2019 08:29

İyunun  11-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 37 nömrəli uşaq musiqi məktəbi kollektivinin G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbində 15 iyun  Milli Qurtuluş Gününə həsr olunmuş yekun hesabat konserti keçirilib.

Konsertdə məktəbin şagird və müəllimlərin ifasında Ü.Hacıbəyov, F.Əmirov, T.Quliyev, A.Məlikov, Q.Qarayev, S.Ələsgərov, A.Bəbirov, F.Bədəlbəyli,  F.Şubert və başqa dünya şöhrətli bəstəkarların əsərləri səsləndirilib.

Tədbirdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov, Suraxanı rayon İcra nümayəndəsi Nazim Fətullayev, uşaq musiqi və incəsənət məktəblərinin direktorları, Hövsan qəsəbəsində yerləşən mədəniyyət evlərinin müdirləri, valideynlər,müəllim və şagirdlər iştirak ediblər. 

Baxış sayı: 13760