XƏBƏRLƏR
MƏLUMAT
10 nömrəli uşaq musiqi məktəbində Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə musiqili kompozisiya keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
07/05/2019 15:39

Mayın 7-də  Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 10 nömrəli uşaq musiqi məktəbində Azərbaycanın görkəmli siyasi xadimi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə musiqili kompozisiya keçirilib.

Tədbiri giriş sözü ilə məktəbin direktoru Qafar Nuriyev açaraq Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edib, onun keçdiyi şərəfli həyat yolundan söhbət açıb.O, dahi liderin Azərbaycan dövləti və xalqı üçün göstərdiyi misilsiz xidmətlərin təbliğ olunmasında mədəniyyət müəssisələrinin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.

Sonra məktəbin şagird və müəllimlərinin ifasında ulu öndər Heydər Əliyevə həsr edilmiş şeir və mahnılar səsləndirilib.

Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb.

 

Baxış sayı: 67806