Ş.Ələkbərova adına Mədəniyyət evi Badamdar qəsəbə Mədəniyyət evi ilə birlikdə tədbir keçirib

Mayın 31-də 1 iyun - Uşaqların Beynəlxalq Müdafiə Günü münasibəti ilə Bakı Şəhər  Mədəniyyət Baş İdarəsinin Ş.Ələkbərova adına Mədəniyyət evi Badamdar qəsəbə Mədəniyyət evi ilə birgə Xəzər rayonu Şagan qəsəbəsində yerləşən 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün Sosial xidmət müəsisəsində tədbir keçirib.

Tədbirdə Ş.Ələkbərova adına Mədəniyyət evinin direktoru C. Süleymanov və Badamdar qəsəbə Mədəniyyət evinin direktoru F. Əliyev “1 İyun – Uşaqların Beynəlxalq Müdafiə günü” münasibətilə uşaqları təbrik edib və Azərbaycanda uşaqların müdafiə olunması və onlara qaygı göstərilməsi istiqamətində çoxsaylı işlər görüldüyü haqda məlumat veriblər. Onlar  həmçinin çıxışlarında uşaq hüquqları müdafiəsi ilə baglı Azərbaycanda qanunvericilik bazasinın formalaşdıgını da qeyd ediblər.  

Tədbirdə müğənnilər Asiya Məmmədova, Mirxaliq, Ramiz Hatəmoğlu, Rəhman  Mirzəzadə musiqi nömrələri ilə çıxış ediblər.

Ş.Ələkbərova adına  Mədəniyyət evinin biçmə-tikmə dərnəyinin nəzdində fəaliyyət göstərən “Bacarıqlı əllər” həvəskar birliyinin rəhbəri Səməndər Vəliyeva uşaqlara hazırladıqları paltar və əl işlərini hədiyyə edib.

Tədbirdə uşaqlar  üçün şirniyyat süfrəsi açılıb.

Tədbirin sonunda 1  saylı   sağlamlıq  imkanları məhdud uşaqlar üçün sosial xidmət müəsisəsinin  direktoru Sevinc Məlikova uşaqlara xoş gün bəxş  etdiklərinə görə Mədəniyyət evlərinin kollektivlərinə öz minnətdarlığını bildirib.